İnsan

İnsan səhvlər edir. Və nə yaxşı ki, də edir. Dünyanı məntiqli ideyalarsız, sınanmamış əməllərsiz və uğur qazanmış faydalı işlərsiz təsəvvür etmək çətindir. Nəhayət insan özü-özünü qəbul etməyə başlayır. Yalnız bundan sonra o, kamilləşmək iqtidarındadır. İqtidarında olmaq hələ məcburdur demək deyil. Seçimləri var.

Həyat asan məsələ deyil. Biz də onu öz jestlərimiz, simvollarımız, sözlərimiz və hərəkətlərimizlə qəlizləşdiririk. Sevgidən qarşılıq, tanrıdan mərhəmət gözləyirik.

İnsan bir az musiqi kimidir. Yüksəkdən gəlir, səslənir və sükuta qərq olur.

Sabah isə nə olacaq… hələ ki, bilmirik.

The Prodigy – Firestarter (Official Video)

DAVID LYNCH / someone is in my house