sRGB yoxsa Display P3?

Rəng profillərindən danışmazdan əvvəl gərək rəng sahələrinə baxaq. Yəqin ki, rəng diaqramlarını tez-tez görürsünüz. Bu diaqramlar insanın görə biləcəyi rəng qammasını əks etdirir.

Hansı rəng diapozununu görə bildiyimizi rəng profili göstərir. Diaqramda göstərilən sRGB (Standart Qırmızı Yaşıl Göy) rəng diapazonu gündəlik kompüter ekranında, internetdə gördüklərimizdir.

Display P3 rəng profili Apple tərəfindən yaradılıb və uzun illər film sənayesində istifadə edilən analoji rəng profilindən alınıb. Display P3 daha geniş qammaya malikdir və daha çox rəng əks etdirə bilir (xüsusən parlaq qırmızı və yaşıl).

Dizayn proqramında rəng profili seçərkən biz bilirik ki, üstündə işlədiyimiz təsvirin rəngi yekunda necə olacaq. Bunu inqredient kimi təsəvvür etsək — miqdarı bu (#FFBB9A), tipi bu (qram, kq).

İndi gəlirik ən əyləncəli yerinə. sRGB-də yazılan rəng, Display P3-də də yazıla bilər. Məsələn, sRGB-də #FF0000, Display P3-də #EA3323 kimidir. Lakin bu əks istiqamətdə işləmir. Yəni, Display P3-də yerləşən #FF0000 sRGB rəng diapazonundan kənarda yerləşir.

Yaxşı, bəs necə olsun?!

Ona görə də əgər sayt dizaynı hazırlayırsınızsa sRGB profilini seçin. macOS, iOS, Android tətbiqləri də elə sRGB üzrə işlədiyi üçün assetləri onda yadda saxlayın.

Əgər hansısa foto və ya 4K televizorlar üçün layihə edirsinizsə Display P3 seçin. O daha dolğun və daha parlaq rəngləri əks etdirəcək. Həm də bunu edərkən sənəddə 16 bit rəng seçmək və nəticəni PNG-yə eksport etmək lazımdır. Display P3 rəng profilində iş üçün həmçinin geniş rəngə malik displeylər lazımdır (bir çox müasir noutbuklar dəstəkləyir).

Hansı rəng profili üçün layihə hazırladığınızı nəzərə alın. Bir şeyi də unutmayın ki, rəngi bir profildən digərinə elə götürüb köçürmək olmaz, düz görünməsi üçün onu konvert etmək lazımdır. Əks halda rənglər ya çox parlaq, ya da çox solğun görünəcək. Necə deyərlər: hansı profili seçməyi bilmirsənsə sRGB seç.

Əgər layihədə iki rəng profilindən istifadə etməyə qərar vermisinizsə, burada iki yol var:

  1. Media Query user agent və output device rəng diapazonunu test edərək.
  2. Hər bir rəng diapozunun kodunu yazaraq

İndi dizayn proqramını açıb lazımi rəng profili seçin. 😅

https://twitter.com/CoreyGinnivan