Cahid Camal – Gülablıdan dünyaya

Ağdamın Gülablı kəndindən çox unikal adamlar çıxıb. Onlardan biri də tanınmış azərbaycanlı rəssam, Rusiya Federasiyasının əməkdar rəssamı, Moskva Rəssamlar İttifaqının üzvü, Azərbaycan və Monqolustan Rəssamlar Birliyinin üzvü, Beynəlxalq Rəssamlar Fondunun üzvü Cahid Şamil oğlu Camaldır. Ata tərəfdən Cahid Camal Sarıcalı xanlarının xətti ilə Qarabağ xanı Pənahəli xanın nəsildən olan Dağlıq Qarabağın bəy ailəsindəndir. Özü də bu haqda belə qeyd edir — “Ulu babam Camal bəy Gülablinski (1866-1925) Abu-Həyat Sarıcalıyla (Pənahəli xanın böyük oğlu, Sarıcalı nəslindən) ilə evlənmiş, Şuşanı ermənilərdən qorumaq üçün yığılan dəstəyə rəhbərlik etmişdir. Ulu babamın babası isə ana tərəfdən dini çevrələrdə yaxşı tanınan Seyid İbrahimdir. Sovet dövrünün ilk illərinədək Qarabağda onun məzarı zyarətgah idi. Həyat yoldaşı Abu-Həyat, Əhməd xan Cavanşirin (Pənahəli xanın nəslindən) qızı Həmidə xanım Cavanşirlə rəfiqəydi. Həmidə xanım məşhur azərbaycanlı maarifçi Cəlil Məmmədquluzadəylə evlənmişdi”.

1928-ci ildə Gülablı kəndində dünyaya gəlib. 1941-1945-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində A.P.Qorçakov və K.Xanlarovdan dərs alıb. 1946-1952-ci illərdə Surikov adına Moskva Rəssamlıq İnstitutunda V.V.Favorski və İ.İ.Çekmazovdan dərs alıb. Bir müddət “Azərnəşr”-də kitab tərtibatı edib və illüstrasiyalar çəkib.Cahid Camal adı 1962-1964-cü illərdə yaşayıb fəaliyyət göstərdiyi məkan olan Monqolustana həsr etdiyi fərdi sərgilərdən sonra tanınmağa başladı.

Tanınmış mərhum siyasətçi, şair, filosof Heydər Camal atası, jurnalist Orxan Camalın babasıdır.

0 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *