Yenidən dizayn fakultəsində

Oktyabrın 12-si Azərbaycan Dövlət İqtisad Universitetində dizayn təhsili alan tələbələrlə görüş keçirdik.

Və bu gözəl görüşə dəvət etdiyi üçün Rüstəm Həsənova təşəkkür düşür. Həmçinin Cəmilə Abdullayevaya da təşkilatçılıq üçün təşəkkür edirəm.

Mən özüm də 2013-cü ildə ADİU-nu dizayn ixtisası ilə bitirdiyim üçün mənə çox sevindirici gəldi. Müəllimlərimi də görmək yaxşı oldu. Həmkarım Amal Əlili ilə öz təcrübəmizdən, dizaynda haradan başlayıb haradan getməkdən, nələri öyrənməkdən, necə iş tapmaqdan və s. danışdıq. Və ümidvarıq onlar bundan yararlanıb gələcəkləri üçün doğru qərarlar verəcəklər.

Dizayn sferasını götürsək bütün universitetlərdə belə tədbirlərin təşkil olunması çox yaxşı olardı. Tələbələr bundan çox böyük motivasiya alarlar.

Share Post :

More Posts

Leave a Reply