Müәllimlәrin tәlәbәlәrinә izah etdiklәri şey tәkcә tәhsil yox, hәm dә hәyata dair mәsәlәlәr olmalıdır.

Yәni universiteti bitirәn kimi işin dalınca qaçmamağı tәlqin etmәlidirlәr. Get gәz, ölkәlәri gәz, ac qal, qәpiyә güllә at, amma nә edirsәn et bir şeyin arxasınca biraz mәqsәdsiz get.

Macәraya çıx, nәticәsi nә olursa olsun. Çünki hәyat onu tez başa düşdüyünü sananlardan dәhşәt acığını çıxır. Bir şeyi vaxtında yaşamamış keçsәn, bir müddәt zamandan sonra sәni biyabır edәr vә yarımçıq qoyduğun şeyi yaşayarsan.

On altı yaşında aşiq olmadın? Vaxt gәlәr qırx beş yaşda olarsan, әn olmaz vaxtda. İyirmi yaşında sәyahәtә çıxmadın? Otuz beş gәlәn kimi sürünә-sürünә sәni aparar. Mәsәlәn tәlәbәlik illәrindә necә göründüyünә fikir vermәdın cırıq şalvar, cındır günündә köynәk geymәdinsә, gәlәr qırx beş yaş vә bütün gözlәr sәni başqa cür qәbul etdirәndә geydirәr әyninә cırıq şalvarı.

Yәni hәyatı nәbadә erkәn yaşa, sonra çox gülünc vәziyyәtә salır adamı. Axmaqlıqlar edәrәk keçirmәlidir insan axmaqlıq edilәcәk yaşları. Üstündәn atlanıb keçdiyin hәr şey fırlanıb gәlib sәni tapar vә özünü hәyata keçirәnә kimi yapışıb qalar.

— müәllimin memuarlarından.