Bakıda gözəl bir bina var ki, hər gün onun yanından keçirik. Bu bina sovet konstruktivizmi dövrünün möhtəşəm nümunələrindən olan, 1931/34-cü illərdə tikilmiş “Azərnəşr”-in binasıdır. Layihənin memarı Semen Pendir. Bu bina indiyədək öz unikal görünüşü ilə müasirliyə sahibdir.

2000-ci ilin əvvəllərində bina artıq xətalı vəziyyətə düşür. 2005-ci ildə isə Bank Standart buranı əsaslı təmir etdirərək baş ofisini açır.

Hazırda isə bu binanı tamamilə restavrasiya edib, yerli internet layihələrin birləşdiyi bir yerə çevirmək olar. Bu gözəl binanı canlandırmaq lazımdır və özü kimi gənc, innovativ düşüncəli insanların məkanına çevirmək lazımdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *