Biraz xaos, biraz harmoniya lazımdır

İnsanlarımız bir-birindən ayrı düşüb. Qaynayıb qarışmaq lazımdır, ünsiyyət lazımdır. Biraz xaos, biraz harmoniya lazımdır.

Olsun böyük bir emalatxana, deyək ki, binanın bütün altı boyda. Rəssamlar yığışsın rəsm çəksin, camaat da gəlib əyləşib baxsın, armudu isgandan çay içsin, ünsiyyət qursun, lap şairlər ş’er desin, lap ədiblər çıxsın Şekspir bir-iki ağız desin — “Yağışı sevdiyini deyirsən amma yağış yağınca çətirini açırsan, günəşi sevdiyini deyirsən amma günəş çıxınca kölgəyə qaçırsan, küləyi sevdiyini deyirsən amma külək əsincə pəncərəni örtürsən. Bax elə bundan…” və beləcə davam etsin.

 

rasulhasan