Sən dayanma, başqalarının necə dayandığını görəcəksən

Hər tərəfdən “Hamı kimi başını aşağı sal işini gör!” sözü qulağımızdan necə gedə bilər.

Çoxluğun bir işdə çalışdığı, eyni dükanlardan alış-veriş edib, eyni cür yediyi, eyni şeyləri danışdığı, uşaqlar dünyaya gətirdiyi, sonra onların cəm şəklində məktəbə getdikləri, eyni rəng paltarlarla siniflərə keçib məzun olduqları, dalıyca tabor-tabor əsgər qrupları əmələ gətirdikləri, eyni marşları eyni şəkildə oxuyaraq eyni otaqlarda, eyni qıvrılışlarla yatdıqları və bu əməllərlə bərabərlik ruhunu qoruduqlarını sandıqları, sonra bir çanta dolusu xatirəylə tərxis olub evə qayıtdıqları, ana və atalarının heç dəyişməyən və ümumun hazırladığı rəddedilməz duyğularla sarıldıqları, eyni qanunlara əməl edərək evləndikləri, dədə-babadan götürdükləri üsullarla sevişdikləri və atalarının boşalan iş yerlərinə keçən zaman dünyanın yarısını ələ keçirmişcəsinə sevindikləri, sevinclərini eyni üz işığı ilə büruzə verdikləri və eynən özlərindən əvvəlkilər kimi, yenə uşaq dünyaya gətirib və onları bəsləyib böyütməyə başladıqları və bütün bu olub keçənlərə “dönüb dolaşan paslı halqa” deməli olduqları halda “axıb gedən həyat” adını verdikləri uyğunsuz bir cəmiyyətdə, yelkən qulaqlı bir uyğunsuzam mən.

Və yenə də bu qədər pessimistliyin, şikayәtlәrin dönüb eyni gəlmәsinin içində qalxdığın zirvələrdən yerə enməməlisən. Yəni əslində keçmişdə qoyduqlarına yox, gələcəkdə əldə edə biləcəklərinə daha çox fokuslanmalısan, bəlkə həqiqət elə orda yatır. Konfutsinin dediyi kimi — Sən dayanma, başqalarının necə dayandığını görəcəksən. Hər bir halda iradəli olmaq, yaşamaq, yaratmaq, mübarizə aparmaq lazımdır. Yəqin ki, elə dünyanın atomları olan insanların payına düşən də budur.

rasulhasan