Dizaynın gələcək memarları

Bugün Memarlıq vә İnşaat universiteti tәlәbәlәri ilә görüşdük. Yenә dә həmkarım Amal Əlili ilə öz tәcrübәmizdәn, iş prosesindәn, tәhsildәn, portfolio, iş tapmaq vә s. kimi şeylәrdәn danışdıq.
Auditoriyaya girәndә tәlәbәlәr çox hәvәssiz olsalar da gedişatda çox hәvәslәndilәr vә çox maraqlandılar. Bir növ gözlәri parladı.

Problem ondadır ki, bu gәnc tәlәbәlәr çıxıb nә edәcәklәrini bilmirlәr vә onların ağlındakı suallara cavab vermәyәәtraflarında adamlar yoxdur. Biz çox istәyәrdik digәr hәmkarlar da müxtәlif tәdris müәssisәlәrinә gedib orda tәlәbәlәrә tәcrübә, resurslar, motivasiya versinlәr. Onda hәr şey yaxşıya doğru dәyişmәyә gedәr.

Yenә dә bu görüşü tәşkil etdiyi üçün gәnc memar vә aktiv tәlәbә Günay Məmmədovaya tәşәkkür edirəm.