Gözəl şeylər yaradaq

Uşaqlar soruşanda ki — “Nəyə görə qunduzların qabaq dişləri iridir?” böyüklər adətən cavab verir ki — “Ağacları rahat gəmirib bənd qurmaq üçün”. Gəl ki, düzgün cavab belə olmalıdır — “İri dişli qunduzlar sağ qalıb, kiçik dişli qunduzların isə nəsli kəsilib. Təkamül belədir, biz ancaq sağ qalan növləri görürük, onların xüsusiyyəti isə sağ qalmasına köməklik göstərib. Təbiət heyvanlara köməklik etmir, o sadəcə uğurlu mutasiya keçmiş növləri sağ saxlayır.” Ona görə də heyvanlar haqqındakı bir çox suallara əsəbləşmədən — “Digərləri məhv olublar” deyə cavab vermək olar.

“Nə üçün qışda dovşanların ağ kürkü olur? — Çünki boz kürklüləri canavarlar yeyib.”, “Zebralar nə üçün zolaqlıdır? — Çünki zolaqsızları şirlər gəmiriblər.” “Filin nə üçün böyük qulaqları var? — “Çünki balaca qulaqlı fillər istidən məhv olublar.”, “Nə üçün kapibaralar….” – digərləri ölüblər, onları yeyiblər, məhv olublar, ölüm, ölüm, ölüm.

İnsanlar da sağ qalmaq üçün hər gün bir cür mutasiya edirlər. Və bu qədər dəyişkənliyin, çirkabın, axmaqlıqların içində nə isə gözəl bir şey yaratmağa çalışırlar.

https://youtu.be/2abBF2W9RJw

Share Post :

More Posts

Leave a Reply