Gözəl insanlar, gözəl günlər görün!

Bütün bu Yeni il təbrikdəli axınında mənim də biraz payım olsun və hər birinizə qəlbimdən keçənləri ərz edim.

Bu kövrək mavi kürədə uçaraq Günəşin ətrafında daha bir dövrə vurmaq özü də bir uğurdur. Odur ki, hər birimiz heç olmasa biraz dincəlməyə və çoxlu sevincə layiqik. Əminəm ki, hədiyyə alanlar, hədiyyələrini alıb, yeni il gecəsi üçün plan quranlar qurub, hamı bu ili yola salmağa hazır vəziyyətdədir. Və bir də ona əminəm ki, ilin yekunlarını düşünərkən orada yaxşı şeylərin daha çox olduğunu aşkar edəcəksiz — çox şeyi çatdırmağı, çox şeyi bacarmağı, nəyinsə yaxşıya doğru dəyişməsini və yaxud da qlobal bir dəyişikliyə ümumun içində sevinməyi. Ümid edirəm növbəti ilimizin bütün günləri elə bayram-əhval ruhiyyəli keçəcək. Əhvalınızı, sağlamlığınızı, bir-birinizi qoruyun, gözəl insanlar! 🙂

Hamınızı sevirəm, öpürəm, bağrıma basıram.

Illustratuin by Margarita Kukhtina

Share Post :

More Posts

Leave a Reply