Hər şey pisdirsə nə edək?

Payızın dəyişkən əhvalından əhvalı dəyişənlərə.

Hər şeyin pis olduğunu depressiv hala girmək üçün çox səbəb tapmaq olar, çünki bu sizin seçiminizdir. Lakin bu sizə lazımdır? İstənilən halda hadisəni böyük həll olmayan problemə çevirməyin. Sadəcə hər şeyi ayırıb hərəkət etmək lazımdır, day yaşıl çay süzüb, pəncərənin qarşısına keçib küçəni saatlarla izləmək, çaxır və pivə alıb vurmaq kimi şeylər köməyə gəlməz.

İnsan həyatı belədir ki, sabah nə olacağını bilmirsən. Mən özüm də çox pis hallarla qarşılaşmışam və bir şeyə əminəm ki, hər şey məhz sizin özünüzdən asılıdır. Məsləhətlərə qulaq asıb-asmamaq sizin seçiminizdir, sadəcə nəyəsə mütləq cəhd etmək lazımdır. Dünyaya açıq olun, heç kim sizi müvəqqəti depressiyaya görə gunahlandıra bilməz, bölüşün və nəisə etməyə çalışın.

rasulhasan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *