Mobirise

KREATİV TİTAN DIETER
RAMSIN
BƏNZƏRSİZ
10 DİZAYN PRİNSİPİ

Bu səhifə dizayn əfsanəsinin estetika fəlsəfəsindən və dizayn prinsiplərindən bəhs edir. Bu il ömrünün 88-ci ilini (20 may, 1932) qeyd edən Dieter Rams, XX əsrin sənaye dizaynı sahəsində əsas yeri tutur.

Onun karyera yolu iki brendin ayrılmaz tarixinə çevrilib: BraunVitsoe. Braun şirkətinə Rams 23 yaşında tövsiyyə nəticəsində düşür. Şirkətlə birgə inkişaf edərək edərək 1961-ci ildə dizayn şöbəsinin rəhbərinə çevrilir və bu postdakı vəzifəni 1995-ci ilədək davam etdirir.

Braun şirkətində işləyərkən Rams həm də Vitsoe ilə əməkdaşlığa başlamışdı. Niels VitsoeOtto Zapf ilə birgə klassik mebel hazırlanması işinə qoşulur. Vitsoe əməkdaşlığını davam etdirən Rams həyat yoldaşıyla birgə dizayn, həyat və humanizm fəlsəfəsini təbliğ etmək üçün «Dieter and Ingeborg Rams Foundation» yaradır.

bootstrap website templates
Mobirise
Dieter Rams haqqında sənədli film - RAMS

«YAXŞI DİZAYNLA» BAĞLI DIETER RAMSIN
TƏKLİF ETDİYİ DİZAYN PRİNSİPLƏRİ

1

Yaxşı dizayn innovativdir

İnnovasiyanın imkanları tükənməyib. Texnologiyanın davamlı inkişafı innovativ dizayn üçün yeni imkanlar yaradır.
İnnovativ dizayn hər zaman yenilikçi texnologiya ilə birgə inkişaf edir və əsla özbaşına sona çata bilməz.

2

Yaxşı dizayn istifadədə rahatdır

Məhsulu ondan istifadə üçün alırlar. Lakin məhsul təkcə funksional deyil, həçinin psixoloji və estetik kriteriyalara sahib olmalıdır.
Yaxşı dizayn bir məhsulun faydalılığını vurğulayarkən, ondan gələ biləcək digər istənilən təsirləri inkar edir.

3

Yaxşı dizayn estetikdir

Estetik məhsulun ayrılmaz hissəsidir. Gündəlik istifadə etdiyimiz məhsullar bizim şəxsiyyətimizə və rifahımıza təsir göstərir.
Yalnız yaxşı işlənmiş məhsullar gözəl ola bilər.

4

Yaxşı dizayn məhsulu anlaşıqlı edir

Yaxşı dizayn məhsulunun strukturu aydın olmalıdır. Gözəl olar ki, məhsul danışa bilsin.
Ən yaxı halda məhsul özünü ifadə etməlidir.

5

Yaxşı dizayn göz yormayandır

Məhsullar bir məqsədə yönəlik alətlər kimidir. Onlar nə dekorativ əşyalardır, nə də sənət əsərləri.
Buna görə məhsulun dizaynı neytral və təvazökar olmalıdır.

6

Yaxşı dizayn dürüstdür

Bir məhsulu heç nə sahib olduğundan daha innovativ, güclü və dəyərli edə bilməz.
İstehlakçıları manipulyasiya etməyə çalışmayın və yerinə yetirə bilməyəcəyiniz sözləri verməyin.

7

Yaxşı dizayn aktualdır

Trendin arxasınca qaçmayın, dəbdə olan dizayn tez köhnəlir. Xüsusilə müasir cəmiyyətdə dəbdə olan tendensiyalar tez-tez dəyişir.

8

Yaxşı dizayn hər detalına kimi düşünüləndir

Heç nə təsadüfi olmamalı və ya hadisələrin hökmünə buraxılmamalıdır.
Dizayn layihələndirilməsindəki qayğı, dəqiqlik və səliqə istehlakçıya olan hörməti göstərir.

9

Yaxşı dizayn ekolojidir

Dizayn ətraf mühitin qorunmasına mühüm töhfə verir.
O resursları qoruyur və məhsulun həyat müddəti ərzində fiziki və vizual çirkliliyini minimuma endirir.

10

Yaxşı dizayn mümkün qədər az dizayndır

Az, amma daha yaxşı — fikir məhsulun əsas tapşırıq və aspektlərində cəmlənməlidir.
Onu vacib olmayan funksiyalarla yükləmək lazım deyil. Təmizliyə, sadəliyə qayıt.

DIETER RAMS TƏRƏFİNDƏN HAZIRLANMIŞ
7 İKONİK MƏHSUL

Yuxarıda göstərilən 10 prinsipi Braun məhsulları və Vitsoe mebellərində tətbiq edən Rams, bu brendlərin gedəcəyi yolu təyin edib

Audio pleyer BRAUN SK4 (1956)

Radio və səs yazma funksiyası daşıyan bu pleyer öz şəffaf qapağı olduğu üçün "Ağbənizin qəbri" adlanır. Rams, Braun SK4 pleyerini Hans Gugelotla birgə hazırlayıb. Onlar taxta korpusdan imtina edib metalla əvəzləyiblər. Yalnız kənar hissələri açıq rəngli taxta divarlarla örtülüb.

«Ağbənizin qəbri»

BRAUN SK4  pleyerinin idatəetmə paneli

Atelier 1 Hi-Fi sistemi və L1 dinamiki (1957)

Rams və Gugelot bu cihazlara hazırlayana qədər stereo sistemlər vahid formada və yetəri qədər ağır çəkiyə malik idilər. Lakin bu cihazları dinamik və pleyer olaraq ayırandan sonra sterefonik texnologiyalarda yeni standart yarandı.

Braun Atelier 1

L1 dinamiki

Braun L2 dinamiki (1958)

Rams hazırladığı yeni dinamiki metal konstruksiyadan ibarət altlığa yerləşdirmişdi. Braun şirkətinin rəqibləri bu fikirdən dəfələrlə yararlanıblar.

Mobirise

Braun LE1 elektrostatik dinamik (1959)

Bu modeli hazırlayarkən Dieter böyük ehtimal 3-cü prinsipə riayət edib: yaxşı dizayn estetikdir. Braun LE1 öz dövrünün innovasiya simvolu idi. Elektrostatiklik və vizual olaraq səsin aydınlığına işarə vermək üçün çox yüngül membranlarla təmin olunmuşdu. Bu alman bazarında satışa çıxarılan dinamikin ilk modelidir.

Mobirise

Braun Combi DL5 üzqırxanı (1957)

Bu elektrik ülgəci modeli 5-ci prinsipə əsaslanır: yaxşı dizayn göz yormayandır. Bir küncündə miniatür loqotip, sabit trimmer, xrom haşiyə və axıcı forma.

Mobirise

Braun T3 cib radiosu (1958)

Bu radio tranzistorlu radioların ölçülərinin kiçildiyi dövrdə düşünülüb. Braun T3 rəqiblərindən sadə dizaynına görə fərqlənirdi. Deyilənə görə məhz bu model Steve Jobsu Apple iPod hazırlanması üçün ilhamlandırıb.

Mobirise

Vitsoe 606 universal rəf sistemi (1960)

Vitsoe 606 — açıq rəflər, siyirtmələr və stoldan ibarət  universal rəf sistemidir. Bütün bunlar divara yapışdırılmış vertikal istiqamətləndiricilərin üzərinə hissəli və ya bütöv formada yerləşdirilə bilər. Onların sayını və yerləşməsini rahatlıqla dəyişmək mümkündür ki, bu da bizim yadımıza 2-ci prinsipi salır: yaxşı dizayn istifadədə rahatdır.

Mobirise

BRAUN T2 alışqanı (1968)

Silindr formalı T2 alışqanı Ramsın ən sevdiyi məhsullardan biridir. Alışqanlara baxmağı maraqlı və istifadəni xoş etmək üçün onları "kiçik heykəllər" kimi hazırlamışdı.

Mobirise

Ramsın hazırladığı məhsullar bu prinsipi hər zaman təsdiq edir:
«Yaxşı dizayn mümkün qədər
az dizayndır»

Braun FS80 televizoru

HLD 4 saç feni (1970)

L460 dinamiki

Braun BN0032 qol saatı

Mobirise

Dieter Ramsın bir çox işləri Nyu-York Müasir İncəsənət Muzeyində (MoMA), həmçinin Frankfurtda yerləşən Tətbiqi Sənətlər Muzeyində sərgilənir.

Bir müddət əvvəl Dieterə sual verirlər ki, hazırda gənc dizayner olsaydın nə ilə məşğul olardın? Bir az fikirləşib cavab verir — alternativ enerji mənbələrinin əldə edilməsi üçün yeni yolla axtarardım. Və əlavə edir ki, əlbəttə külək mühərrikləri yaxşı işdir, ancaq onlar mənzərəni çox pozur.

GDG Talks Baku / 2012

2012-ci ildə ilk dəfə spiker olarkən nədən bəhs edəcəyimi düşünəndə, burada mütləq Dieter Ramsın fikirlərinin faydalı olacağına əmin idim. Çünki bu fikirlər dizaynın bütün qollarına şamil edilər bilər. Çox sağ ol, Dieter əmi!

© Copyright Dasprogramm. Rasul Hasan / 2020