Qəlbinin atəşini söndürmə, addım at

Bir çox insanların problemləri ondadır ki, onlar hazır yolu görüb sonra həmin yola çıxmağı gözləyirlər.

Lakin dünya başqa prinsiplər əsasında qurulub. Yol sən addımı atandan sonra açılır. Lap sən onu bütöv görməsən də, qoy o qaranlıq və şübhələrlə dolu olsun…

Lakin sənin ürəyində atəşin var, o atəş ki, hara getsən yolunu işıqlandıracaq. Heç özün də hər şeyin necə yoluna düşdüyünü dərk etməyəcəksən. Sadəcə bir hərəkətinlə, cəsarətinlə və daxilindəki atəşinlə ətrafındakı şeylər öz qaydasını alacaq. Və onda bütün dünya sənə kömək edəcək, məhz o zaman imkanlar, yeni qapılar açılacaq.

Sən istəyirsən ki, hazır xəritə olsun, amma bu möcüzəli dünyada hazır xəritələr olmur. Həyatını nəisə hazır bir çərçivəyə sala bilməzsən. Hadisələr, yerlər, işarələr, insanlar — bunlar hamısı bir anda dəyişə bilər, plan və sxemlərə uyğun həyatın arxasınca qaçmaq olmaz. Sənin həyatında və bu dünyada yalnız tək düz xəritə var. Və o da sənin ürəyindədir. Qəlbinin atəşini söndürmə, addım at.