Azərbaycanda da plastik paketlərin pulla satılmasına keçid olmalıdır. Çünki həm əhali, həm də satıcılar plastik paketlərin ətraf mühitə vurduğu zərərdən xəbərsiz kimi davranır. Bu halı xüsusilə küləkli havalarda demək olar ki, hər yerdə uçuşan paketləri görməklə anlaya bilərik.

Plastik paketlərin də pullu olmasına keçdikdən sonra insanlar onlara qarşı daha şüurlu yanaşarlar. Böyük alış-verişlər zamanı özləri ilə zənbillər aparmağa məcbur qalarlar. Bu həm öz ciblərinə, həm də ətraf mühitin təmiz qalmasına yararlı olar.

Plastikin çürüməsi uzun illər çəkdiyindən bu həm torpağa, həm insanlara, həm də heyvanlara çox ziyandır. İnsanlar gərək bunu idrak etsin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *