Mişel Fuko belə deyirdi

“Düşünmürəm ki, mənim tamamilə kim olmağımı bilməyim vacibdir. Həyata və işə başlıca maraq sizin əvvəldə olmadığınız birinə çevrilməkdir.” — Mişel Fuko belə deyirdi.

Yəni insan xasiyyətsizdir? Xaraktersizdir? Yoxsa məkana və zamana görə adaptasiya edir? Yoxsa ətrafı özünə öyrəşməyə vadar edənləri biz dahi adlandırırıq? Gördüyümüzə yoxsa eşitdiyimizə daha çox inanırıq? Həqiqəti tapmaq üçün yoxsa özümüzü haqlı çıxarmaq üçün mübahisə edirik? Bilik yoxsa təcrübə insanı daha tez transformasiya etdirir?

Və yaxud əsas suallar elə Fukonun keçdiyi Kant nəzəriyyəsinin üç istiqamətində yatır?

— Nəyi etmək iqtidarındayam?
— Nəyi edə bilərəm?
— Nəyə inanmaq ixtiyarım var?

…və nəhayətində “— insan nədir?”.

Share Post :

More Posts