Mümkünsüz heç bir şey yoxdur

Çox vaxt insana lazım olan tək şey özünə inanmaq və qarşısına qoyduğu məqsəd üçün çox çalışmaq olur. Belə olan halda mümkünsüz olan heç bir şey yoxdur.

Və elə Lao Tzının dediyi kimi — “Həyatın kiçik bir parçasına baxıb tamamı haqqında qərar verməkdən qaçın. Qərar ağlın dayandığı halıdır. Qərar verdizsə ağıl düşünməyi, dolayı yolla inkişaf etməni dayandırar. Buna baxmayaraq ağıl insanı daim qərara məcbur edir. Çünki inkişaf halında olmaq təhlükəlidir və insanı məyus edər. Halbuki yol heç vaxt sona çatmaz. Bir yol bitəndə, yenisi başlayar. Bir qapı bağlananda, başqası açılar. Bir hədəfə çatarsız və daha yüksək bir hədəfin elə orada olduğunu görərsiz.”