2 fevral NASA-nın verdiyi açıqlamada TRAPPIST-1 ulduzu ətrafında dövr edən Yer kürəsinə bənzər planetlərin olduğunu bildirdilər. Onların hər birində yetəri qədər işıq, isti və maye halında suyun olduğu güman edilir. Üçündə isə həyat amillərinin olduğuna ehtimal var.

Qırmızı karlik TRAPPIST-1 bizdən 40 işıq ili (və ya təxminən 235 trillion mil) uzaqlığında məsafədə yerləşir. Bu ilk real hadisədir ki, Günəş sistemindən kənarda bioloji varlıqların olub-olmamasını öyrənmək mümkün olsun. 2016-cı ildə astronomlar yer teleskopu vasitəsilə bu ulduz ətrafında 3 planet kəşf etmişdilər. Bundan sonra isə kosmik teleskop “Splitzer” vasitəsilə daha 4 planet kəşf olundu. Əvvəl də astronomlar belə planetlər aşkarlamışdılar, amma onların heç biri bu qədər yer planetinə bənzəmirdi.

Hələlik planetlər barəsində məlumat azdır. Planetlər bir-birinə Günəş sistemindəkindən daha sıx yerləşiblər — TRAPPIST-1 ulduzunu Günəşin yerinə qoysaq bütün yeddi planet Merkurinin orbiti qədər məsafədə yerləşər. Yəni o qədər yaxın yerləşbilər ki, birindən o birsinə baxsan, Yerdən Aya baxırmış kimi görünər.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *