Windows of the World

Portuqaliyalı fotoqraf André Gonçalvesin “Windows of the World” adlandırdığı eyvan və pəncərələr silsiləsi.

Fotolarda dünyanın müxtəlif şəhərlərinin pəncərləri yer alıb. Etdiyimiz hər bir şeyin estetik dəyəri var. Filosof Con Dyui deyirdi ki — “İncəsənət bizim gündəlik təcrübəmizin əsas hissəsidir. Muzeylərdə saxlanılan məşhur rəsm əsərləri gündəlik həyatımızın bir hissəsi olması mümkün deyil. Ona görə də indiki dövrdə gündəlik vizual zövqün formalaşmasının əsas güc dizaynın üzərinə düşür.” Yəni bu pəncərələr də müəyyən dərəcə vizual zövqü, əhvalı, həyata rəngli baxmağı formalaşdırır.

Çox zaman düşünürəm ki, niyə bizdə (Bakıda) bu əjdahadan yoxdur? Niyə bizim pəncərə və eyvanlar bozdur? Niyə bizdə Pəncərə və eyvanlar yalnız tur-tumuş asmaq məqsədilə istifadə edilir? Ona görə də Bakı şəhərinin gündəlik həyatı da elə boz keçib gedir.

rasulhasan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *