Şopen Fransada yazıçı Jorj Sanda aşiq olur. Və həyatının ən xoşbəxt və ağır günlərini onunla keçirir. Parisin ictimaiyyətində yaxşı tanınan Jorj Sand çox vaxt kişi libası geyinib gəzərmiş. Bəzilərinin fikrincə, Jorj Sand və Şopen bir-birini heç başa düşmürlərmiş və elə bu səbəbdən də onların ayrılması tamamilə təbii imiş. Lakin danılmaz bir həqiqətdir ki, Şopen bir çox şah əsərlərini məhz Jorj Sandla yaşadığı illərdə yaratmışdır.

Bəlkə də Bəxtiyar Vahabzadə dediyi kimi — “Yazmaq üçün iztirab çəkməliyəm”. Əl-qərəz Şopen ölərkən vəsiyyət edir ki, onun ürəyini doğma Polşaya aparsınlar. İndi isə onun vücudu Fransada, ürəyi isə Varşavadadır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *