FƏRRUX FƏXRƏDDİNİ

AzKataloq üçün arxivlərə baş vurarkən bəzi maraqlı şəxslərlə tanış oluram. Onlardan biri də Gədəbəydə doğulmuş, 3 yaşından sonra Təbrizə köçmüş və hazırda İranın tanınmış fotoqraflarından olan Fərrux Fəxrəddinidir (d. 1934). Azərbaycanlı musiqi xadimlərinin fotolarının hansı şəraitdə, necə çəkilməsi mənə maraqlı idi. Fərrux bəyin sağ olduğunu öyrəndikdə çox sevindim və Təbrizdə yaşayan hörmətli, əziz insan linqivist, tədqiqatçıı və yazıçı Meisam Mehdipurdan xahiş etdim ki, ona bəzi sualları ünvanlasın. Meisam sağ olsun, sözümü yerə salmadı onu tapdı və Tehrana gedərək görüşüb sualları verdi. Özü bu görüşə məndən çox həvəsli idi. 🙂 Qeyd olaraq deyim ki, Fərrux bəydən başqa iki qarşı da var. Biri yenə də tanınmış portret fotoqrafı Fəxrəddin Fəxrəddini, digəri isə bəstəkar, dirijor, İran Milli Simfonik Orkestrinin qurucusu Fərhad Fəxrəddinidir. Atası Azərbaycan şairi Məmmədəli Məhzun da 1899-cu ildə Gədəbəydə anadan olub. 1938-ci ildə Təbrizə köçüb.Uzun sözü qısası, Fərrux Fəxrəddininin portretlərin çəkilməsiylə bağlı Meisama nəql etdiyi hekayəni sizinlə bölüşürəm.1) Fərrux Fəxrəddini Azərbaycanın musiqiçi və bəstəkarlarının fotolarını çəkib. Bu hadisə nə zaman, harada və necə baş verib?Bu işin səbəbkarı Rəşid Behbudov olub. Bir gün axşam çağı təqribən sa’at 22:00-da dəftərdən evə qayıtdım. Rahilə adlı sonbeşik bir bacım vardır və mənə Rəşid Behbudov-un bu gecə İrana gələcəyini söylədi. Hara gəldiyini bilmədinmi? – soruşdum. Gənclər klubuna (Xaneyi Cəvanan) gəlir. Səhər çağı tezdən ora gedib 10 dənə bilet aldım. Oranın başçısının kim olduğunu da soruşdum. Gülisürxidir, dedilər. Gülisürxinin otağını tapdım. Rəşid Behbudovu şəkil çəkməyə dəvət etməyə gəlmişəm. Olmaz, dedi. Mən siyasi bir adam deyiləm, mən fotoqrafam, dedim və Rəşid Behbudovu şəkil çəkməyə dəvət etmək üçün buraya gəlmişəm. Olan iş deyil, söhbətini eləmə, dedi. Çox narahat oldum. Salonda durmuşdum gördüm Gülisürxi müavininin yanına gəldi və ona yavaşcana dedi ki mən Rəşid Behbudovun yanına gedirəm. O zaman Chevrolet markalı avtomobilim var idi, Gülisürxinin də Chevroleti var idi. İkisi də həyətdəydi. O getdi, mən də bir-iki dəqiqə sonra dalısıca düşdüm, o zaman Tehran xəlvət və avtomobil az idi. Radio City adlı sinema vardı, ora getdi. Hotelə girdim və orada resepşindən Rəşid Behbudovun otağının hansı olduğunu soruşdum. Rəşid Behbudovun otağını elə yerə qoymuşdular ki resepşndən görünürdü. Resepşn otağı göstərdi və odur, dedi. Qapını döydüm, gördüm Rəşid Behbudov təzə hamamdan çıxıb, hovlə çiynində oturub və fışqa çalır. Gülisürxi də otaqda oturmuşdu, Farsca mənə dedi: “Ağa mən məgər nəgoftəm nemişe, goftəm xob şoma gofti nemişe, əz xodeş həm mitunəm soal konəm, kari nədare ke!” (Ağa məyər demədim olmaz. Siz dediniz olmaz, özündən də soruşa bilərəm, bir işi yoxdur ki!) Oğlum nə var?, Rəşid dedi. Mən sizin əksinizi çəkməyə gəlmişəm. Əks nədir?, soruşdu. Dedim şəkil…Sizin kimi böyük artist, böyük xanəndənin gərək bir dənə yaxşı şəkli ola, dedim. Mənə başdan-ayağa baxdı, atıl get işinə, dedi. Mənim şəklimi Moskvanın ən böyük fotoqrafı çəkib. Masa üzərində qoyulan şəkilə baxıb, dedim onu çəkibdir mi?. O şəkil deyil, dedim. mən sənə yaxşı bir şəkil çəkmək istəyirəm. Biraz fikirləşdi, sabah gəl məni götür, dedi. Sabah getdim götürdüm və atelyeyə getdik. Əlirza Zərrindəst adlı (İranda məşhur kinematoqraf) tələbəm vardı, ona otağın isti olması üçün qapı-pəncərəni açmamağı tapşırdım. Rəşid atelyeni görərək gicəldi, bunları sən çəkmisən mi?, soruşdu. Mən çəkmişəm, dedim. Biraz oturdu, yorğunluğunu çıxandan sonra, içəriyə çağırdım və 10 dənə şəkil çəkdim. O zaman əks çəkmək indiki kimi asan deyildi. İndi mobil vasitəsilə hər dəqiqə 1000 dənə şəkil çəkmək olur ancaq o zaman bir dənə şəkil çəkmək üçün şasini doldurmaq lazım idi, qaranlıq otağa gedib gəlməliydin və …. Sonunda 10 dənə şəkil çəkdim və 1-2 saat gecikdi. Saat 16:00 ya 17:00 oldu. Yavaş-yavaş adımı da öyrəndi. Birdən, Fərrux burada lülə kabab olarmı? – soruşdu. Olar, dedim. Orada Mücəssəmə meydanında Eşqabaddan gəlmiş “Məş Məmi” adında bir Türkmən köçəri vardı. Gedib Məş Məmiyə dedim ki Rəşid Behbudov üçün 10 şiş yaxşı kabab gətir. Məni səriməşsən, dedi. Ona istəyirəm, inanmırsansa kababları özün gətir və Rəşidi gör. Uzun sözün qısası, yedik-içdik və Rəşid Behbudovun çox xoşuna gəldi. Saat 18:00-19:00 oldu. Sonralar Rəşid Behbudov ilə əlaqəmiz sıxlaşdı və ona çəkdiyim şəkilləri görəndən sonra çox bəyəndi.Rəşid Behbudovun bütün konsertlərinə qatıldım. Orada Evin adlı bir hotel vardı, bütün artistlər və müğənnilər Rəşid Behbudovu görmək üçün ora gəlmişdilər, mən də oturmuşdum ki Rəşid Behbudov bura gəl!, dedi. Getdim və Rəşidin yanında durdum. Dedi ki, bilirsiniz İranda bir böyük fotoqraf var? bunun yanına gedib şəkil çəkdirin. İki gün sonra Fərrux məni bazara aparırsan, dedi. Bazarda nə işim var?, soruşdum. Nəleyin almaq istədiyini dedi. Nəleyin aldı, çoxlu parça aldı və nahara getdik. Sonra Rəşidi hotelə qaytardım. Rəşidin konsertləri hər iki gündən bir olurdu və pulsuz idi. Rəşid, pul yerinə mənim adıma talar ( konsert zalı) tikin, deyirdi. Bir gün konsert olmayanda mənə dedi ki, deyirlər burada Şemiran vardır, mümkünsə məni oraya apar. Yolda gedərkən, avtomobil radiosunda Qulamhüseyn Bənan (Fars xanəndə) oxuyurdu. Rəşid tez söylədi ki bu Bənandır. Bunu haradan tanıyırsan?, soruşdum. Boğazının bülbül kimi olduğunu söylədi. Xülasə Şemiranın görməli yerlərini onlara göstərdim, orada Dərbənd adlı çox kiçik və gözəl hotel vardı, ora getdik, oturduq qəhvə içdik, nahar yedik. Yenə gəzdik və hotelə qayıtdıq.Rəşid Behbudov konsert zamanları bəzənərdi. Dodaq boyası və s. Bu işin səbəbini soruşdum. Deyirdi əyəəə, mən konsertə belə getsəm işıq düşəndə ölü kimi görünərəm.2) Rəşid Behbudov, Şövkət Ələkbərova, Çingiz Sadıqov (pianoçu), Hacı Məmmədov (tarzən), Vasif Adıgözəlov (bəstəkar), Əhsən Dadaşov (tarzən), Əbülfət Əliyev (xanəndə) ilə xatirələri nələrdir?Rəşid Behbudovdan sonra, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Vasif Adıgözəlov, Hacı Məmmədov və Nevton Qriqoryan gəldilər. Gənclər klubunda hamı ilə dost olmuşdum. Bir gün gəldilər və hamısını gördüm. Bunları evə çağırdım, rəhmətlik anam bunlara neçə növ yemək hazırlamışdı. Qonaqlarımızı çox yaxşı qarşıladıq və konsertlər başlayan zaman isə hamımız vardıq. Şövkət Ələkbərova bunların başçısı idi və o zaman hər gün 500 tümən pul alırdı. Əbülfət Əliyev, Vasif Adıgözəlov və Hacı Məmmədov isə 200 tümən alırdılar!. O zaman Şövkət Ələkbərova Qarabağ şikəstəsini oxuyanda bir yerdə “Ölürəm, ölürəm, ay ölürəm…”, oxuyurdu. Bunu oxuyarkən Hacı Məmmədov yavaşca mənə deyirdi ki, a qız gündə 500 tümən pul alırsan, nəyə ölürsən?! Şövkət Ələkbərova-nı bazara, restoranlara gəzdirməyə aparırdım və sonra otelə qaytarırdım. Şövkət Ələkbərovaın Kiyev kamerası vardı, şəkil çəkməyə gətirmişdi, onu mənə yadigar verdi.Bir gecə Şemirana oturmağa getmişdik. Mənim Omega markalı saatım vardı, mənə dedi ki Fərrux saat neçəyə işləyir? Saat 11:00-dir, dedim. Əyə səhv edirsən, nə 11:00? Bir daha bax, söylədi. 11:00-dir, dedim. Restoranda olan saata baxdıq gördük saat 01:30-dur. Sabah sənə saat alacağam, dedi. Saatım xərabdır sandı. Saatım qurma saat idi, gecələr saat 21:00-da evə qayıdanda qurardım, ancaq bu dəfə qurmamışdım və saatım yuxulamışdı.Bunları yola salmaq istəyirdik, üç avtomobillə hoteldən götürüb təxminən 11:00-də yola düşdük. Həştgerddə Arsen adlı kababçı vardı, bunun gözəl şişlikləri, müxtəlif kababları, 7 illik şərabları və lobya yeməkləri olardı. Şoytov oranı rezerv etmişdi və kabablar bir tərəfdən cızıldaya-cızıldaya gəlirdi, naharı yedik, saat 15:00 oldu, Şoytov dedi ki, yolumuz uzaqdır, tez yola düşək. Avtomobilə (Mercedes-Benz 230) mindik, Həştgerddən Hacı Məmmədov tarı və Nevton Qriqoryan kamançanı çıxartdı, Bəndəri Ənzəliyə dək çalıb oxudular. Ənzəlidə Rus oteli var idi, yorğun-arğın yetişdik. Hər növ balıq var idi. Yedik-içdik, yatdıq və səhər oyanıb onları yola saldıq; gəmi ilə yollandılar.3) Onun ruhuna yaxın və ünsiyyətindən zövq aldığı hansı sənətçi olub?Məncə Rəşid Behbudov böyük və bənzərsiz xanəndədir və hamı Rəşid Behbudovu qəbul edir. Rəşid Behbudov kimi xanəndə gəlməyib, gəlməyəcəkdir. Azərbaycanda onun kimi xanəndə yoxdur. Əlbəttə Azərbaycanda zövqlər fərqlidir, xanəndələr isə gül kimidir, hər kəs bir gülü sevir ancaq məncə Şövkət Ələkbərova kimi xanəndə də Azərbaycana gəlməyib, gəlməyəcəkdir. Onun mahnılarında özəl temlər var ki, heç xanəndədə yoxdur. Məsələn, həm Şövkət Ələkbərova, həm Sara Qədəimova, həm də Rübabə Muradova tərəfindən bir çox mahnılar oxunmuşdur ancaq heç biri Şövkət Ələkbərova olmur. Əhsən Dadaşov kimi kişi, tar çalan, insan göməmişəm, ruhu şad olsun. Çingiz Sadıqov Azərbaycanda yaxşı və nömrə bir piano çalanlardan biriydi.4) Digərlərindən fərqli olaraq Rəşid Behbudovun 3 fərqli portretini görmək olur. Birində ciddi, digərində gülür, digərində isə aşağı baxır. Bu Fərrux bəyin istəyi idi yoxsa Rəşid Behbudovun?3 dənə deyil, Rəşid Behbudovun 10 dənə portreti vardır. Fiqurların hamısı mənim istəyim idi.5) Onun çəkdiyi fotolarda işıq və kölgə quruluşu fərqlidir, daha dramatikdir. Nə üçün belə portret üslubunu seçib?Biz bu işi, üslubu və işıqları çox sinemadan ilham almışıq. Mənim şəkillərim başqa fotoqraflarla fərqlidir. Hər şəkil canlıdır və insan ilə danışır.6) Azərbaycana səyahət edib? Edibsə xatirələri.Yox. Yalnız Gədəbəydə anadan olmuşam.7) Qardaşı Fəxrəddin Fəxrəddini də İranın tanınmış portret fotoqraflarındandır. Onlar bir-birinin foto sənətlərinə təsir göstəriblər? Bir ailədən iki fotoqrafın çıxmasında kimin rolu var?Hə, hər ikimizin üslubumuz birdir və bir-birimizdən ilham almışıq. Bizim şəkilləri İran-da hamı tanıyar və şəkillərimizi görən bilər ki bu Fəxrəddini qardaşlarına aiddir. Bu işdə atamın böyük rolu vardır və bu sənəti ondan öyrənmişik. Atamız o tayda fotoqrafdı ancaq qədim sayaq işləyirdi, biz başqa üslub ilə işləmişik. Çox sinemaya getmişəm və Amerika filmlərinin çoxunu izləmişəm və bu filmlər mənim iş tərzimə və üslubuma təsir etdi.😎 Atası Məmmədəli Məhzun onların fotoqrafiyaya gəlməsini necə qarşıladı?Atam çox gözəl qarşıladı və yuxarıda dediyim kimi bu sənəti atamdam öyrənmişəm.