BAKI RADİO ZAVODU

Azərbaycan Sənaye Dizaynından hissə

website templates free download

İkinci Dünya Müharibəsi dövründə müxtəlif hərbi radiostansiyalara ehtiyac yaranmışdı. Bunun üçün Sovet İttifaqının müxtəlif yerlərində lazımi texnikanın hazırlanması üzrə ixtisaslaşmış müəəssisələr yaradılmağa başlandı.

Onlardan biri də 1942-ci ildə Bakıda yaradılmış hərbi avadanlıq, daha doğrusu artileriya və piyada divizionları üçün RBS radiostansiyaları ishtesal edən zavod idi.

Müharibə bitəndən sonra zavodun işini davam etdirməsi məqsədilə fəaliyyət istiqamətini müəyyən qədər dəyişdirmək lazım gəldi. Beləliklə, 1947-ci ildə Bakı Radio Zavodu təsis olundu və kütləvi istifadə üçün radio avadanlıqları, qəbuledicilər və radioqramlar istehsal edilməyə başlanıldı. Həmçinin sonrakı illərdə bura televizor istehsalı da daxil oldu.

Mobirise

Radioqəbuledici Bakı 6S-48 (1948)

Bakı 6S-48 (6 lampalı, Super, 1948) ikinci klass radioqəbuledici adi və eksport növlərində istehsal olunurdu. Aparatın akustik sistemində DM-2 səsucaldanı quraşdırılıb. Yüksək tezliklərin tembr tənzimləyicisi mövcuddur. Qəbuledicinin qutusu qiyməyli ağac növlərindən hazırlanırdı. Eni 60 sm, uzunu 25 sm, hündürlüyü isə 38 sm-dir. Çəkisi 16 kq.

Mobirise

Bakı Radio Zavodunun ilk loqosu, 1948

Bakı 6S-48 radioqəbuledicinin tipoqrafik loqosu, 1948

Radioqəbuledici Bakı-51 (1951)

"Bakı" elektrik şəbəkəsinə qoşulan lampalı, 2-ci klass radioqəbuledici 1951-ci ildən istehsal 1955-ci ilədək istehsal edilib. Taxta qutunun üzərindən qoz ağacından fanera yapışdırılıb. Eni 69 sm, eni uzunu 37 sm, hündürlüyü isə 27 sm-dir. Çəkisi 15 kq.

Mobirise

Bakı Radio Zavodunun loqosu, 1951

Bakı-51  radioqəbuledicinin tipoqrafik loqosu, 1951

Radioqəbuledici Bakı-54

Radiola Bakı-55

Radiola Araz (1953)

Öz adını Araz çayından götürən bu elektrik şəbəkəsinə qoşulan lampalı radiola 1953 və 1956-cı illərdə iki versiyada "Araz" və "Araz-M" olaraq istehsal olunub. Bakı-55 radioqəbuledicisi öz dizaynını məhz 1953-cü il istehsalı olan Araz radiolasından götürmüşdü.


Radiola Araz, 1953

Radiola Araz-M, 1956

Araz-M radiolasının üst hissəsi

Araz  radioolasının tipoqrafik loqosu, 1953

Radiola Bakı-58 (1958)

Bakı-58 və Bakı-58M radiolaları 1958-1961-ci illərdə istehsal olunublar. Bakı-58 əvvəlkilərdən fərqli olaraq 7 lampalı buraxılırdı. ÇM qəbulu zamanı radiola yüksək səs keyfiyyəti almağa imkan verir.  1061-ci ildə istehsala buraxılmış Bakı-58M dizaynına görə modernizə olunmuşdu.

Radiola Bakı-58

Radiola Bakı-58M, 1961

Televizor Aelita (1964)

1964-cü ildə istehsal edilmiş "Aelita" ağ-qara görüntülü televiziya qəbuledicisi. 3-cü klass olan bu televizor 35LK2B kineskopuna malik olmaqla, 12 televiziya kanalını göstərmək imkanına malikdir. 1965-ci ildən isə Qranit televizorunun istehsalına başlanıldı. Aelita kimi Qranit də unifikasiya edilmiş UNT-35 sxeminə əsasən yığılmışdı. Dizayn da demək olar ki, ittifaqın digər müəssisələrində həmin illər yığılan televizorlardan fərqlənmirdi. Qarabirtlər — 49х38х51 sm, çəkisi — 21 kq.

Mobirise

Bakı Radio Zavodunun istehsal etdiyi televizorlarda istifadə etdiyi loqo, 1964

Televizor Qranit, 1965

Radioqəbuledici Xəzər-401  (1972)

Xəzər-401 1972-ci ildən istehsal olunmağa başlandı. Əvvəlki radioqəbuledicilərdən fərqli olaraq burada taxta futlyar deyil, həmin dövrdə kütləvi istehsal avadanlıqları üçün xas olan plastik materiala keçid baş vermişdi. Xəzər-401 "Giala" radioqəbuledicisinin bazası əsasında yığılıb.  1975-ci ildən istehsal olunan Xəzər-402 də dizayn olaraq cüzi dəyişiklikləri çıxmaq şərtilə demək olar ki, eyniliyini qoruyub saxlamışdı. Bu portativ tranzistorlu 4-cü klass radioqəbuledici idi.

Xəzər-401, 1972

Xəzər-402, 1975

Xəzər radiosunun loqosu, 1972

Xəzər radiosunun təlimat kitabçasının üz qapağı, 1975

Radioqəbuledici Xəzər-403 (1980)

4-cü klass portativ tranzistorlu radioqəbuledici Xəzər-403, 1980-ci ildə istehsal olundu.

Mobirise

Portativ radioqəbuledici Xəzər-404 (1984)

1984-cü ildə istehsal olunan Xəzər-404 portativ radioqəbuledici ilə ondan iki il sonra buraxılan Xəzər-304 demək olar ki, eyni dizayna malikdirlər. 

Xəzər-404, 1984

Xəzər-304, 1986

Mobirise

1985-ci ildən başlayaraq zavod əhəmiyyətli dəyişikliklərə məruz qaldı. Müəssisəni "Radioquraşdırma" adı altında yenidən ixtisaslaşdırmaq məqsədilə istehsalat birliyinə çevirmək qərarı verildi.

Zavod 1980-ci illərin sonunadək ayaq üstə qala bildi və ondan 1990-cı ilin əvvəlində məhsul istehsalatını tamamilə dayandırdı.

© Copyright Rasul Hasan / 2020